BAKI, 14 fevral. TELEQRAF

Beynəlxalq praktikada surdotərcümə daha geniş yayılıb, Azərbaycanda da bu məsələ ilə bağlı qanunda dəyişiklik edilməsini istəyirik.

Teleqraf xəbər verir ki, bu sözləri Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, dövlətdən maliyyələşən kanallardakı xəbərlərdə surdotərcümənin olması planlaşdırılır:

"Kanallar bu sahədə hələ təcrübəsizdirlər və bunun çətin olduğunu düşünürlər. Amma praktika əksini göstərir. Əsas odur ki, surdotərcüməçilər olsun".

FOTO: Firudin Səlimov