BAKI, 14 fevral. TELEQRAF

Hazırda 95 audiovizual media subyekti mövcuddur.

Teleqraf xəbər verir ki, bu barədə Audiovizual Şuranın bu gün keçirilən brifinqində məlumat verilib.

Bunlardan 43-ü televiziya redaksiyası, 21 radio redaksiyası, 5 sifarişli yayım xidməti, 54 retranslyasiya operatoru xidmətidir.

Məlumata əsasən hazırda 134 lisenziya mövcuddur. 2024-cü ildə cəmi 15 lisenziya verilib, 3 lisenziya isə ləğv edilib.