Hər bir bürcün özünəməxsus xüsusiyyətləri var. Qəzəbli insanlarla rəftar etmək isə bəlkə də dünyanın ən çətin işlərindən biridir.

Teleqraf.com astroloji proqnoza görə ən qəzəbli bürcləri təqdim edir.

Qız - Qız bürcləri özlərini idarə etməyə çalışsalar da, qəzəbləri onların daxilində toplana bilər. Qeyri-müəyyənliyin öhdəsindən gələ bilməyən Qızlar ətraflarında qüsurlu şeylər gördükdə dəli olurlar.

Şir - Nəzarəti sevən Şir bürcü həmişə özünü güclü görür. Fikirlərinin ciddiyə alınmadığını görəndə əsəbdən özlərindən çıxırlar.

Əkizlər - Normalda şən və mədəni görünən Əkizlər narahat olduqları vaxt dərhal əsəbiləşirlər.

Xərçəng - Emosional bürc kimi tanınan Xərçəng inciməkdən qorxur. Xərçəng məyus olanda çox əsəbiləşir.

Tərəzi - Balans axtaran Tərəzilər ədalətsizliyə dözə bilmirlər. Şahid olduqları haqsızlığı düzəltmək üçün əllərindən gələni edirlər.