Artıq çəkinizlə barışsanız da, hər zaman qəşəng görünmək istəyirsinizsə, geyim seçiminizdə diqqətli olmalısınız. Arıqlamadan, idman etmədən də daha incə bir görünüşə sahib olmaq mümkündür. Çoxları düşünür ki, kiçik ölçülü, dar geyimlər bədəni incə göstərir. Lakin bu, yanlış fikirdir. Dar geyimlər bədəninizdəki artıq çəkili bölgələrinizi ön plana çıxarır. Sizi daha incə göstərən paltarları seçərkən kəsiklərə, naxışlara, rənglərə, modellərə və aksesuarlara da diqqət yetirməlisiniz.
Bəs sizi daha incə göstərən geyimlər hansılardır?
Teleqraf.com geyimlərinizdə incə tərzi nümayiş etdirəcək bəzi hiylələri təqdim edir.
Tək rəng geyinin
İki fərqli rəngi paltar geyindiyiniz zaman bütün diqqət bu tonların birləşdiyi qarın nahiyənizdə olacaq. İncə beliniz yoxdursa, bu seçim yerinə tək rəngli paltar geyinmək sizi olduğunuzdan həm incə, həm də hündür göstərəcək.
Şaquli xətlərə üstünlük verin
Geyimlərdəki üfüqi xətlər insanı özündən daha qısa və kök göstərir, şaquli xətlər isə əks xüsusiyyətə malikdir. Tək tonlu paltarlar kimi şaquli zolaqlı naxışlı dizaynlar da kilolu qadınları olduğundan daha incə və hündür göstərir.
Yüksək bel şalvar geyinin
Yüksək bel şalvarlar ayaqları uzun göstərməklə yanaşı, qarın nahiyəsini qapadır. Bu şalvarlar artıq çəkilərinə görə daha incə görünmək istəyən xanımların hədəfinə çatdırır.
Hündür daban ayaqqabı geyinin
Hündürdaban ayaqqabılar sizi hündür göstərdiyi üçün təbii olaraq incə bir görünüş əldə edəcəksiniz.
Aksesuarları vurğulayın
Stilinizə əlavə edəcəyiniz aksessuarlarla bütün diqqəti çəkinizdən yayındıra bilərsiniz. Uzun və iri aksesuarlar bu mənada xilaskarınız ola bilər. Bundan əlavə, istifadə edəcəyiniz aksesuarlar qarşı tərəfdə illüziya yaradaraq sizi daha uzun və a göstərəcək.
Korset istifadə edin
Korsetlər qarnınızı gizlətməklə yanaşı, bədənə forma verir. Korset və buna bənzər alt paltarı məhsulları ilə bədəninizə forma verə bilərsiniz.
Dik durun
Arıq və hündür görünməyin ən vacib yollarından biri dik durmağa vərdiş etməkdir. Çənənizi qaldırın və çiyinlərinizi arxaya doğru birləşdirin. Qıdıq və əyri bir duruş sizi olduğunuzdan daha çox kilolu göstərəcək.