Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 11.04.2022-ci il tarixdən 16.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək".