Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirində iştirak etmək məqsədi ilə Belqrad şəhərinə yola düşüb.
Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilər ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.