Xalqinfo.az xəbər portalının baş direktoru Tural Məmmədov fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə o, "Facebook" hesabında məlumat verib.

Seçki hüququmdan istifadə edərək, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm.

Qeyd etmək lazımdır ki, Tural Məmmədov Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğində xüsusi fərqlənən ictimai-siyasi gənclərdən biridir.
T.Məmmədov bundan əlavə gənc tarixçi kimi Təhsil Nazirliyinin 1137 saylı əmri əsasında ilk dəfə "Azərbaycan tarixi "Abituriyentlər üçün dərs vəsaitinin müəlifidir.Gənc fəal həmdə natiqlik bacarığı ilə fərqlənir.