BAKI, 18 may. TELEQRAF
Mayın 22-də itkin-şəhid dəfn ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Hərbçi itkin-şəhid Piriyev Rəşadət Əli oğlu Bərdə rayonu Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunacaq.