BAKI, 14 aprel. TELEQRAF

Bakı, Sumqayıt şəhərləri Abşeron rayonu və Naxçıvan MR üzrə bu ayın pensiyaları ödənilib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin aprel ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniəcək.