BAKI, 15 may. TELEQRAF
Mayın 1-dən indiyədək 6327 elektron bülleten tərtib olunub.
Bu barədə Teleqraf-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mayın 1-dən etibarən sığortaolunan şəxslər üçün xəstəlik vərəqələri yalnız elektron sənəd formasında tərtib edilir.
"Bu sənədlər Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən hazırlanır və Dövlət Sosial Müdafiə Fondunun ƏMAS altsisteminə birbaşa elektron qaydada ötürülür. Kağız daşıyıcıda xəstəlik vərəqələrinin təqdim olunmasına ehtiyac qalmır. Proses daha sürətli, şəffaf və əlçatan şəkildə həyata keçirilir", - nazirliyin məlumatda qeyd olunub.
Qeyd edək ki, bu ilin mayın 1-dən “e-bülleten” sisteminə keçilib.