BAKI, 26 sentyabr. TELEQRAF
Azərbaycan hazırda 16 ölkəyə təbii qaz tədarük edir.
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Azərbaycan boru kəmərləri vasitəsilə qaz təchizatı üzrə dünyanın aparıcı ölkələrindən biridir.
Bayramovun sözlərinə görə, Azərbaycan 2030-cu ilədək təxminən 6 giqavat əlavə günəş və külək enerjisi gücünün yaradılmasını nəzərdə tutan sazişlər imzalayıb.
Həmin dövrədək ölkədə elektrik enerjisinin təxminən 40 faizinin bərpa olunan mənbələrdən əldə edilməsi gözlənilir.