BAKI, 24 sentyabr. TELEQRAF
"Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrü yaşayır".
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev IV Bakı Təhlükəsizlik Forumunda çıxışında deyib.
O, ənənəvi mexanizmlərin yeni təhdidlərə çevik cavab verə bilmədiyini və etibarlı tərəfdaşlığın zəruriliyini qeyd edib.
Təhlükəsizliyin artıq yalnız sərhədlərin qorunmasından ibarət olmadığını açıqlayan DTX rəhbəri davam edən münaqişələrin regional proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsir etdiyini nəzərə çatdırıb.