BAKI, 16 sentyabr. TELEQRAF

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyası üzrə ilk iclası keçirilir.

Teleqraf xəbər verir ki, komitə iclasının gündəliyinə 3 məsələ daxil edilib.

Bugünkü komitə iclasında Milli Məclisinin 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat müzakirəyə çıxarılacaq.

Eyni zamanda Milli Məclisin Regional məsələlər komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi gündəliyə daxil edilib.