BAKI, 24 avqust. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edib.
Teleqraf-ın məlumatın görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, V.Zelenski Ukraynanın bir sıra beynəlxalq tərəfdaşlarını dövlət mükafatları ilə təltif edib.
"Təltif edilənlər arasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də var, o, III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edilib. Təbrik edir və əməkdaşlığa görə təşəkkür edirik", - səfir yazıb.
Hikmət Hacıyevin ordenlə təltif edilməsi haqqında fərman Ukrayna Prezidentinin saytında da dərc olunub.