BAKI, 20 avqust. TELEQRAF

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanları, nizamnamələrinə əsasən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər hazırladıqları mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların layihələrinin normayaratma orqanına təqdim edilməzdən əvvəl “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 46-cı maddəsinə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə razılaşdırılmasını, mərkəzi icra hakimiyyəti orqanları isə həmçinin qeyd olunan sahədə özlərinin qəbul etdikləri normativ hüquqi aktların həmin agentliklə razılaşdırılmaqla qəbul olunmasını təmin etməlidirlər.

Bu Fərman 2026-cı il oktyabrın 1-dən qüvvəyə minir.