BAKI, 9 iyul. TELEQRAF

Gürcüstana elektrik enerjisinin təchizatı və bu enerjinin Gürcüstan ərazisi vasitəsilə tranziti həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş”in təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, bu il mayın 18-də Bakı şəhərində imzalanmış saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərəcək.