BAKI, 15 iyun. TELEQRAF

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycanı 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə səfirliyinin "X" platformasında paylaşım edilib.

"15 İyun-Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə yad edirik. Milli Qurtuluş Gününüz mübarək!",- deyə qeyd edilib.