BAKI, 9 iyun. TELEQRAF
"Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan əleyhinə hibrid təhdidlərə qarşı əhalinin ayıqlığının artırılması" layihəsi çərçivəsində internet televiziyasında ilk verilişini təqdim edir.
“PrimeTV Azərbaycan” internet televiziyasında yayımlanan verilişin aparıcısı, jurnalist Rusif Məmmədsoyun qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsində baş mütəxəssis vəzifəsis, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayevadır.
Züriyə Qarayeva çıxışında Azərbaycan əleyhinə həyata keçirilən hibrid təhdidləri müxtəlif aspektlərinə aydınlıq gətirib, eyni zamanda təhdidlərin məqsədi, nəticələri və bu prosesdə maraqlı olan qüvvələr haqda geniş məlumat verib.
Verilişi təqdim edirik.