BAKI, 9 iyun. TELEQRAF

“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 50 müəyyən edilib.