BAKI, 8 iyun. TELEQRAF

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin əsasnaməsinə edilən dəyişiklik təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Həmçinin Fərmana əsasən, "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişiklik edilirək 1.2-ci bənd aşağıdakı redaksiyada verilib:

"Agentliyin vəsaiti bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan layihələrin, habelə kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarına, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıqlara, suvarma sistemləri dəstlərinə və avadanlıqlarına, habelə damazlıq heyvanlara (bundan sonra – kənd təsərrüfatı istehsal vasitələri) verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir".