BAKI, 5 iyun. TELEQRAF
Bu gün ölkə ərazisində həm daşqınların, həm də quraqlığın artdığını müşahidə edirik. Su qıtlığı təkcə Azərbaycan üçün deyil, bütün region üçün ciddi narahatlıq doğuran məsələdir.
Teleqraf xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
"Xəzər dənizinin səviyyəsinin son iki yüzillik ərzində qeydə alınan tarixi minimum səviyyəyə yaxınlaşması problemin ciddiliyinin bariz göstəricisidir", - deyə dövlət başçısı qeyd edib.