BAKI, 6 may. TELEQRAF
Qazaxıstanın Baş naziri Oljas Bektenov mayın 17-22-də Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizə səfər edəcək.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Teleqraf-a açıqlamasında məlumat verib.
Diplomatın sözlərinə görə, ölkəsi sözügedən tədbirdə geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq:
"Qazaxıstan tərəfindən yüksək səviyyəli iştirak təmin olunacaq. Tədbirdə ölkəmizi Baş nazir Oljas Bektenovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək".