BAKI, 6 may. TELEQRAF

"İranın nüvə yanacağının ABŞ-yə daşınması iki ölkə arasında təklif olunan razılaşmanın şərtlərindən biridir".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "PBS"yə verdiyi müsahibədə deyib.

O, nüvə yanacağının xaricə ixracının gələcək razılaşmanın şərti ola biləcəyi barədə yayılan məlumatlara münasibət bildirib: "Xeyr, bu mümkün deyil. Bu, ABŞ-yə gedəcək".

Tramp, həmçinin razılaşmanın şərtlərindən birinin İranın yeraltı obyektlərində nüvə əməliyyatlarını dayandırması olduğunu təsdiqləyib. Eyni zamanda, dövlət başçısı moratoriumun müddəti bitdikdən sonra İranın yenidən uranı 3,67%-ə qədər zənginləşdirməsinə icazə veriləcəyi ilə bağlı məlumatları təkzib edib. Tramp əlavə edib ki, razılaşma imzalanarsa, ABŞ İrana qarşı sanksiyaları yumşaldacaq.