BAKI, 5 aprel. TELEQRAF

Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü halında ölkə ilə Rusiya arasında hava əlaqəsi dayandırıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə Overçuk "Birinci kanal"ın efirində bildirib.

Overçuk qeyd edib ki, hazırda Avropa İttifaqı ölkələri ilə hava əlaqəsinin olmaması Ermənistanla da uçuşların dayandırılması ehtimalını artırır.

Onun sözlərinə görə, Ermənistan vətəndaşları rəsmi İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma qərarının mümkün nəticələrini düzgün qiymətləndirməlidirlər.

Vitse-premyer vurğulayıb ki, bu qərarın nəticələrinin necə olacağı hələ tam məlum deyil, lakin belə bir addımın ciddi təsirləri ola bilər.