BAKI, 26 fevral. TELEQRAF

Fransanın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə paylaşım edib.

Teleqraf xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

“Bu gün biz Xocalı qurbanlarının xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq”,- paylaşımda qeyd edilib.