BAKI, 26 fevral. TELEQRAF

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı sosial media hesabında paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"26 fevral 1992-ci ildə Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın əziz xatirəsini dərin hörmət və rəhmətlə anır, Can Azərbaycanın acısını daim qəlbimizdə hiss etdiyimizi bildiririk".