BAKI, 9 fevral. TELEQRAF
Azərbaycanın Xalq artisti Elza İbrahimovanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qusar şəhər Uşaq İncəsənət Məktəbinə onun adı verilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Mədəniyyət Nazirliyi və Qusar Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll eməlidir.