BAKI, 25 dekabr. TELEQRAF

“İqtisadi fəaliyyət növləri təsnifatı” hazırlanacaq.

Teleqraf xəbər verir ki bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, Avropa İttifaqının “Statistical classification of economic activities in the European Community (NACE Revision 2.1)” təsnifatı əsasında yeni milli “İqtisadi fəaliyyət növləri təsnifatı”nın hazırlanması və tətbiqi həyata keçiriləcək.