BAKI, 25 dekabr. TELEQRAF
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov “Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birilərinə başsağlığı veriblər.
Teleqraf xəbər verir ki, baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib.
Hökumət başçıları bir-birilərinə, həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına, həmçinin hər iki ölkənin xalqına başsağlıqlarını ifadə ediblər.