BAKI, 25 dekabr. TELEQRAF
2025-ci ilin dekabr ayının 25-ə qədər Azərbaycan ərazisində 5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkanlar qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatında məlumat verilib.
Bildirilib ki, Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub.
Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb. Seysmik stansiyalar tərəfindən il ərzində 2400 yeraltı partlayışlar qeydə alınıb.