Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Teleqraf xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, daim ətrafınızda sadiq məsləkdaşların və etibarlı dostların olmasını arzulayıram.

Dərin hörmətlə,

Anatoli Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki"