BAKI, 9 dekabr. TELEQRAF

"Siz ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni qeyd etdiniz. Həqiqətən biz münasibətləri mümkün qədər ən yüksək səviyyəyə qaldırdıq. Bu gün görüşlər və müzakirələr zamanı, eləcə də tarixi yerləri ziyarət edərkən biz nailiyyətləri bir daha gördük. Çox böyük potensialın şahidi olduq. Əldə olunmuş bu cür əməkdaşlıq daha güclü körpüləri salmaq imkanını yaradacaq, nəinki ikitərəfli gündəlik əsasında işləmək və işi davam etdirmək, o cümlədən qonşular üçün imkanları yaradacaq. Aramızda çox dayanıqlı bağlantılar qurulacaq. Energetika infrastrukturu artıq bizi bir-birimizə bağlayır".

Teleqraf xəbər verir ki, bu fikirləri Bratislavada Azərbaycan Prezidenti İlham Əliyev rəsmi ziyafət zamanı deyib.

Dövlət başçısı vurğulayıb: "Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq və əminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək. Biz Slovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizin xalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslər bəsləyirik. Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütün töhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Sizi Prezident kimi rəsmi səfərə dəvət etmək istərdim. Siz həm Baş nazir, həm Parlament spikeri kimi bizə səfər etmisiniz, lakin Prezidentin rəsmi səfərinin, əlbəttə ki, xüsusi statusu var. Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm.