BAKI, 8 dekabr. TELEQRAF
"Azərbaycanın dilinin qoruması ilə bağlı parlamentin üzərinə düşən vəzifələri uğurla icra edib".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda spiker Sahibə Qafarova deyib
O qeyd edib ki, Azərbaycanın dilinin inkişafı və qorunması, onun dövlət dili səviyyəsinə yüksəldilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Məhz 1978-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçmiş sovet dövründə Azərbaycan dili ölkə konstitusiyasında öz əksini tapıb. Bu gün bu xətt müasir dövrün tələblərinə uyğun olaraq Prezident İlham Əliyevin tərəfindən dövlət dilinin qorunması əsas strateji hədəf kimi qarşıya qoyulub. Eyni zamanda dilinin qorunması cəmiyyətin üzərində mühüm məsuliyyət düşür”.