BAKI, 15 oktyabr. TELEQRAF

"Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların fəaliyyəti dekabrın 1-dək ləğv ediləcək".

Teleqraf xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonen Prezident İlham Əliyevlə görüşdə deyib.

O, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə ölkə başçısını təbrik edərək, bunun ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmini qeyd edib.