BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətləşib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş Şarm əl-Şeyxdə keçirilən sülh sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.