BAKI, 17 iyul. TELEQRAF
Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.
Teleqraf xəbər verir ki, bu haqda məlumat Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.
Prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edildiyi, Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşının intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunduğu vurğulanıb.