BAKI, 20 iyun. TELEQRAF

“Azərbaycanın razılığı olmadan birbaşa Ermənistan-Türkiyə münasibətləri normallaşmayacaq. Ankara üçün Bakı ilə münasibətlər İrəvanla münasibətləri normallaşdırmaqdan daha dəyərlidir”.

Teleqraf “news.am” nəşrinə istinadən xəbər verir ki, bunu ekspert Andranik İspiryan deyib.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində hələlik real irəliləyiş yoxdur: “Ərdoğan indi də Azərbaycanın razılığı olmadan birbaşa Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmayacaq. Paşinyanın bu ölkəyə yollanması ərəfəsində Əliyevin Türkiyəyə səfəri də bununla bağlıdır".

O hesab edir ki, Ankaranın tələbləri qeyri-məhduddur, lakin onların qane edilməsi İrəvanın mövqeyindən asılıdır: “İranın diqqətinin İsraillə müharibəyə yayındıdığını nəzərə alaraq, Ərdoğanın Ermənistan ərazisindən keçən dəhliz məsələsində güzəştə getməsi üçün Paşinyana təzyiq edə bilər. İrəvanın Türkiyə ilə sərhədin açılmasına nail olmaq istəyi təəccüblüdür. Bundan faydalanan ilk növbədə Ankara olacaq”.