BAKI, 3 iyun. TELEQRAF

Siyasi partiya təmsilçiləri, politoloqlar və jurnalistlər Şərqi Zəngəzura növbəti dəfə səfər ediblər.

Teleqraf xəbər verir ki, səfər Prezident Administrasiyasının təşkilatçılığı ilə baş tutub.

Cəbrayıl, Zəngilan və Füzuliyə təşkil edilən səfərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, partiya sədrləri, Milli Məclisin deputatları, media nümayəndələri, politoloqlar iştirak edir.

Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev məlumat verib. Səfər çərçivəsində işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanışlıq nəzərdə tutulub.

Qeyd edək ki, bu, siyasi partiya təmsilçilərinin işğaldan azad olunan ərazilərə sayca 7-ci səfəridir.