BAKI, 28 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May - Müstəqillik Günü münasibətilə keçirilən konsert zamanı Səməd Vurğunun “Azərbaycan" şeirini oxuyub.

Teleqraf xəbər verir ki, Türkiyə liderinin "Azərbaycan" şeirinin ilk iki bəndini səsləndirib.

"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!"