BAKI, 21 may. TELEQRAF

İran və ABŞ arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün danışıqların beşinci raundu mayın 23-də Romada keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə dialoqda vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib.

"İran və ABŞ arasında danışıqların beşinci raundu cümə günü, mayın 23-də Romada baş tutacaq", - deyə Bədr əl-Busaidi söyləyib.