BAKI, 10 may. TELEQRAF

Pakistan bizim yaxın dostumuzdur.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.

Hindistanla Pakistan arasında baş verənlərlə bağlı Azərbaycanın mövqeyinə toxunan komitə sədri bildirib ki, ölkəmiz həmişə haqqın tərəfində olub: "Azərbaycan həmişə haqqın tərəfində olub, indi də elədir".