BAKI, 28 aprel, TELEQRAF

Azərbaycanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla söhbət edib.

Teleqraf-ın xəbərinə görə, E.Əzizov qonağa paytaxt barədə məlumat verib.

İran Prezidenti Bakıda nə qədər əhalinin yaşadığını soruşub.

Eldar Əzizov - Bakı şəhərinin rəsmi olaraq 3,5 milyon əhalisi var.

Məsud Pezeşkian - Azərbaycanın nə qədər əhalisi var?

Eldar Əzizov - 10 milyondan bir qədər çoxdur.

Məsud Pezeşkian - 10 milyon... yarısı burdadır?

Eldar Əzizov - Paytaxtdır da...