
BAKI, 14 aprel. TELEQRAF
Aprelin 14-də ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakının Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corce Enesku adına parkda olub.
Teleqraf xəbər verir ki, Rumıniya parlament nümayəndə heyətinin üzvləri burada görkəmli bəstəkar Corce Eneskunun abidəsini ziyarət edərək, abidə önünə güllər düzüblər, xatirəsini ehtiramla yad ediblər.