
BAKI, 20 mart. TELEQRAF
“Rossotrudniçestvo”nun "Rus Evi"nin Bakıdakı nümayəndəliyi ətrafında yaranmış vəziyyətin həlli üçün Rusiya Azərbaycana təkliflər təqdim edib.
Teleqraf "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Moskva konstruktiv yanaşma və tezliklə kompromis həllə ümid edir.
Diplomat həmçinin söyləyib ki, "Rus Evi" ətrafındakı vəziyyət Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycan paytaxtına son səfəri zamanı müzakirə da olunub.
Qeyd edək ki, fevralın 3-də Azərbaycan Bakıdakı "Rus Evi"nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota göndərib.