BAKI, 19 mart. TELEQRAF

İranda Novruz bayramı öncəsi yol qəzasında 87 nəfərin öldüyü açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Polisinin Yol İdarəsinin rəisi Əhməd Keremiesed bildirib.

"Son dörd gündə baş verən yol qəzalarında 87 nəfər həyatını itirdi, 3075 nəfər isə yaralandı",- Ə.Keremiesed deyib.

O, qəzaların əksəriyyətinin yorğunluq, ehtiyatsızlıq və ötmə əməliyyatlarının düzgün aparılmaması kimi səbəblərdən baş verdiyini qeyd edib.