
BAKI, 15 mart. TELEQRAF
Macarıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstan hökümətinin sözçüsü Zoltan Kovaksun "X" hesabındakı paylaşımında deyilir.
Nazir qeyd edib ki, bu, sabitliyin bərpası və region əhalisinin dinc həyatı üçün böyük addımdır:
"Macarıstan bu inkişafı alqışlayır və ümid edir ki, razılaşmadan sonra tezliklə uzunmüddətli sülh nizamlanması olacaq".