BAKI, 23 dekabr. TELEQRAF

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, təbrikdə deyilir:

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuruq.

Uzaqgörən liderliyiniz, Azərbaycanın inkişafına sarsılmaz sadiqliyiniz və beynəlxalq arenada prinsipial mövqeyiniz dünyada Sizə dərin hörmət və rəğbət qazandırıb. Sizin rəhbərliyinizlə Azərbaycan suverenliyini möhkəmləndirib, inklüziv iqtisadi artımı təmin edib, dialoq, çoxtərəfli əməkdaşlıq və regional əlaqələrin təşviqində etibarlı tərəfdaş kimi tanınıb.

Sülhə, sabitliyə və davamlı inkişafa sadiqliyinizi, eləcə də Azərbaycanın qlobal gündəmlərə, xüsusən də enerji keçidi, iqlim tədbirlərinə və mədəniyyətlərarası dialoqa verdiyi konstruktiv töhfələri yüksək qiymətləndiririk. Bu işlər Nizami Gəncəvinin humanizmi və müdrikliyindən ilhamlanan Mərkəzimizin missiyası ilə tam şəkildə uyğundur.

Bu əlamətdar gündə Sizə cansağlığı, davamlı uğurlar və firavanlıq arzulayırıq. Azərbaycan xalqına xidmət etməyə, qlobal sülhə və əməkdaşlığa töhfə verməyə davam edəcəyiniz qarşıdakı illərdə Sizə güc-qüvvət, tükənməz enerji diləyirik.

2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumunda Sizinlə görüşməyi səbirsizliklə gözləyirik.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti

Mariya Fernanda Espinoza

BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, 2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri

Tarya Halonen

2000-2012-ci illərdə Finlandiyanın Prezidenti

Boris Tadiç

2004-2012-ci illərdə Serbiyanın Prezidenti

Rosen Plevneliyev

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti

İv Leterme

2008, 2009-2011-ci illərdə Belçika Krallığının Baş naziri

Əmr Musa

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi

İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti

Zlatko Laqumciya

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri

Petar Stoyanov

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti

Tzipi Livni

2006-2009-cu illərdə İsrailin xarici işlər naziri

Jan Baderşneyder

“Fortescue Ltd” şirkətinin Direktorlar Şurasının üzvü,

“ExxonMobil” şirkətinin sabiq vitse-prezidenti

Filip Vuyanoviç

2003-2018-ci illərdə Monteneqronun Prezidenti

Eka Tkeşelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini

David Pan

Çinin Tsinxua Universiteti Şvarzman kollecinin baş dekanı

Suzan Elliot

Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və
baş icraçı direktoru".