BAKI, 15 mart. TELEQRAF

İqlim maliyyəsinin yalnız 2 faizi gənclərə ayrılır.

Teleqraf xəbər verir ki, bunu COP29 Azərbaycan üçün Gənclər arasında İqlim Çempionu Leyla Həsənova XII Qlobal Bakı Forumu çərçivəsində "Youth Speak, We Listen" ("Gənclər danışır, biz dinləyirik") mövzusunda panel müzakirədə deyib.

Onun sözlərinə görə, hazırda iqlim dəyişikliyi ilə bağlı dünya gənclərinin 40 faizi məlumatlıdır.

"Gənclərə iqlimin tədris edilməsi prioritet olmalıdır, bunun üçün maliyyə ayrılmalıdır. Dünyada iqlim təhsilinə xüsusi diqqət yetirilməlidir. Bu problemin qarşısını almaq üçün investisiya yatırılmalı, tədbirlər görülməlidir ", - o, əlavə edib.