BAKI, 15 mart. TELEQRAF

Pezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.

Teleqraf xəbər verir ki, Prezident bununla bağlı “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında Qanunu təsdiqləyib.

Beləliklə, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanan “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.