_1739880639.jpg)
BAKI, 18 fevral. TELEQRAF
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Şəhidlər xiyabanını ziyarət edib.
Teleqraf xəbər verir ki, o, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçənləri yad edib, məzarları üzərinə qərənfillər düzüb.
Belarus rəsmisi daha sonra “Əbədi Məşəl" abidə kompleksinin önünə əklil qoyub.